Ərəzin-Camaldın yolu yenidən qurulur - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Culfa rayonunun Ərəzin və Camaldın kənd yollarının yenidən qurulması işlərinə başlanıb. Sözü gedən avtomobil yolu uzun müddət istismarı nəticəsində deformasiyaya uğrayıb, yolun asfalt örtüyündə çalalar və çökmələr əmələ gəlib.

Ümumi uzunluğu 7 kilometrə yaxın olan yolun Ərəzin kəndindən keçən hissəsində yol yatağının genişləndirilməsi və torpaq bərkitmə işləri aparılır.

İki zolaqlı  hərəkət hissəsindən ibarət olacaq yolun  asfalt örtüyünün eni 6 metr olacaq. Bu da  avtomobillərin daha rahat hərəkətini təmin edəcək.

Qeyd edək ki,  Camaldın kəndinin girişində, Əlincə çayı üzərində olan körpü də yenidən qurulur. Uzunluğu 34 metr olan körpünün sağ və sol tərəfləri genişləndirilərək eni  7 metr 20 santimetrə çatdırılıb.

Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: