Dövlət Gömrük Komitəsinin yeni sədri kollektivə təqdim olunub

A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 23 aprel tarixli Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edilən Səfər Mehdiyev Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov tərəfindən kollektivə təqdim edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, Əli Əsədov Səfər Mehdiyevin həyat yolu barədə məlumat verib, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş davamlı iqtisadi inkişaf strategiyasının uğurla reallaşdırılmasında mühüm rol oynayan gömrük orqanlarının fəaliyyətindən danışıb.

Prezidentin köməkçisi bildirib ki, son illərdə Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də həyata keçirilən mütərəqqi islahatlar ölkəmizin beynəlxalq ticarətdəki rolunu artırmaqla yanaşı, qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsi, tranzit potensialının gücləndirilməsində mühüm rol oynayıb. Əli Əsədov ölkəmizdə gömrük işinin daha səmərəli və müasir standartlara uyğun şəkildə təşkili istiqamətində dövlət başçısının gömrük orqanları qarşısında qoyduğu vəzifələrdən bəhs edib və verilən tapşırıqların uğurla icra olunacağına əminliyini ifadə edib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib. O, dövlət başçısı tərəfindən gömrük orqanları qarşısında qoyulan vəzifə və tapşırıqların uğurla icra olunacağını vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: