Şərur rayonunda ərik bağı salınıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunun Yuxarı Daşarx kəndində, Arpaçayın sahilində 1,6 hektarlıq sahədə ərik bağı salınıb. Ağacəkmə aksiyasında  rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri yaxından iştirak ediblər.

Müxtəlif texnikaların köməyi ilə torpaq-hamarlama işləri görülüb, şırımlar açılıb, çalalar qazılıb, ərazi əkinə yararlı hala salınıb. Əraziyə 630 məhsuldar ting əkilib.

Yaşıllıqların və meyvə bağlarının artırılması məqsədilə rayondakı tingçilik təsərrüfatında yetişdirilən yerli tinglərdən əkin materialı kimi istifadə olunur.

                                                                     Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: