Azərbaycanda epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə, fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək.
NUHÇIXAN xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirə edilib.
Dəyişikliklər səsverməyə çıxarılaraq qəbul edilib.
İclasda, həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna da təklif edilən dəyişikliklər də müzakirəyə çıxarılıb.
Sənədə təklif edilən dəyişikliklərə əsasən, Azərbaycanda özəl tibb müəssisələrində yoxlamalar həyata keçirilə biləcək. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.