Naxçıvanda Ümumdünya Daun Sindromlu İnsanlar Günü qeyd olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvanda “Ümumdünya Daun Sindromlu İnsanlar Günü” münasibətilə müvafiq kateqoriyadan olan şəxslərlə görüşlər keçirilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan daun sindromlular evlərində ziyarət olunub, sosial könüllülər onlara sovqatlar təqdim ediblər.
Nazirlik əməkdaşları və sosial könüllülər, müvafiq kateqoriyadan olan şəxslərlə birgə vaxt keçirib, qayğıları ilə maraqlanıb, qarşıdan gələn Novruz bayramı münasibətilə onları təbrik ediblər.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 21 mart tarixini “Ümumdünya Daun Sindromlu İnsanlar Günü” elan edib.
Adilə Səfərova