Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

A- A A+

Naxçıvan Muxtar Respublikasında yanvar-fevral aylarında 15 milyon 746 min 700 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub . Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz çoxdur.

Muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, bu dövr ərzində diri çəkidə ət istehsalı 3694,3 ton, süd istehsalı 5228 ton olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,2 faiz, süd istehsalı isə 1,7 faiz artıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: