Naxçıvanda yaşıllıq sahələri genişləndirilir - FOTOLAR

A- A A+

Muxtar respublikada yaşıllıqların qorunması və artırılması istiqamətində  görülən işlər bu dəfə Naxçıvan Şəhər Su Anbarı və Su Təmizləyici Qurğular Kompeksinin ətrafında aparılıb.  

NUHÇIXAN xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən adı çəkilən kompleksin  1,5 hektar ərazisində 700-ə yaxın ərik və tut tingləri əkilib.

Həmçinin  əkin işlərinin aparıldığı ərazinin yamac hissələrində  yeni üzüm tinglərinin salınması üçün  də  hazırlıq görülüb.

Qeyd edək ki, yay aylarında həm də çimərlik kimi fəaliyyət göstərən Uzunoba su anbarının ətrafının yaşıllaşdırılması təkcə ekoloji baxımdan deyil, turizmin inkişafı  baxımından da mühüm əhəmiyyət kəsb edir.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: