Naxçıvan kəndlərinə yeni yollar salınır - FOTOLAR

A- A A+

2020-ci ildə Şərur rayonunun Qarabürc, Havuş, Şəhriyar kəndlərində, Ordubad rayonunun Nüsnüs, Yuxarı Əndəmiç, Babək rayonunun Nəcafalıdizə, Culfa rayonunun Camaldın kəndində və Darıdağ Arsenli Su Müalicəxanasına gedən avtomobil yollarında tikinti və yenidənqurma işləri aparılacaq. Artıq bir neçə gündür ki, Culfa rayonunun Ərəzin-Camaldın avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Ümumi uzunluğu 7 kilometrə yaxın olan yolun tikintisi keyfiyyətlə aparılır.

Bu barədə NUHÇIXAN-a Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Talıb Babayev məlumat verib. Onun sözlərinə görə, hazırda Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi də davam etdirilir. Yolun ümumi uzunluğu 48 kilometrdir. Yol üzərində yeni körpü və suötürücülər tikilir. Yolun Culfa-Yaycı hissəsi dördzolaqlı, Yaycı-Ordubad hissəsi isə ikizolaqlı olacaq.

Talıb Babayev deyib ki, ötən il muxtar respublikada 93,9 kilometr uzunluğunda yeni asfalt yollar salınıb. Muxtar respublikada qurulan müasir yollar iqtisadiyyatın şaxələndirilməsinə, yaşayış məntəqələrinin və turizmin inkişafına töhfə verir.

Əbülfəz Dünyamalıyev

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: