Şahbuz rayonunda çoxmərtəbəli yaşayış binası inşa olunur

A- A A+

Şahbuz şəhərində inşa olunan çoxmərtəbəli yaşayış binasında əsas tikinti işləri artıq yekunlaşdırılıb.                                          

NUHÇIXAN xəbər verir ki, zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olacaq yaşayış binası 40 mənzillidir. Mənzillərdən 20-si üçotaqlı, 20-si isə ikiotaqlıdır. Üçotaqlı mənzillərin ümumi sahəsi 90 və 83, ikiotaqlı mənzillərin ümumi sahəsi isə  63 və 70 kvadratmetrdir. Binanın zirzəmisində müxtəlif xidmət sahələri və mağazalar fəaliyyət göstərəcək.

Yaşayış binasında işlər başa çatdıqdan sonra bu binada gənc ailələr ipoteka kreditindən yararlanaraq mənzil sahibi ola biləcək.

Qeyd edək ki, bu il həm də Şahbuz rayonunun yaradılmasının 90 ili tamam olur. Yeni yaşayış binası 90 illiyə daha bir töhfədir.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: