Muxtar respublikada rəsmləşdirilmiş sənədlərə apostil veriləcək - VİDEO
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinə yeni səlahiyyət verilib. İdarə muxtar respublika ərazisində rəsmləşdirilmiş sənədlərə apostil verəcək.
Qeyd edək ki, apostil bir dövlətin ərazisində verilmiş sənədə digər dövlətin ərazisində hüquqi qüvvə qazandırılması üçün verilir. Hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən - apostil verildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər.
Naxçıvan televiziyasının əməkdaşları mövzusu ilə bağlı videomataerial hazırlayıb.
NUHÇIXAN həmin videomaterialı təqdim edir.
Nurlan Sadiqov