Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Əmlak” informasiya bülleteninin dördüncü nömrəsi çapdan çıxıb.
Xidmətin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bülletenin bu sayında muxtar respublikamızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərlə bağlı yazılar yer alıb. Həmçinin torpaqların su təminatının yaxşılaşdırılması, qapalı suvarma şəbəkələrinin qurulması istiqamətində görülən işlərə dair materiallar yerləşdirilib.
Yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinə dair qanunvericiliyin tələbləri, daşınmaz əmlakın qeydiyyatı sahəsində tətbiq edilən yeniliklər bülletendə geniş işıqlandırılıb. Muxtar respublikada torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması istiqamətində görülmüş işlər, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı statistik məlumatların təhlili verilib.
Qeyd edək ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək keyfiyyətlə çap olunan “Əmlak” informasiya bülleteni Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və ildə iki dəfə nəşr olunur.