Culfa rayonunda tikinti işləri davam edir - FOTOLAR

A- A A+

Muxtar respublikada həyata keçirilən yenidənqurma və təmir-bərpa işləri Culfa rayonunda da sürətlə davam edir. NUHÇIXAN xəbər verir ki, hazırda Culfa Şəhərində Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi və Təhsil Şöbəsi üçün yeni inzibati binalar inşa olunur.

Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yeni inzibati bina və texniki qarajları tikilir. İnşa edilən obyektdə  iş otaqları, arxiv və müşahidə zalı yerləşəcək.

Rayonda quruculuq ünvanlarından biri də Heydər Əliyev prospektində inşa edilən Təhsil Şöbəsinin yeni inzibati binasıdır.Tikintisinə 2019 -cu ildə başlanan inzibati bina 2 mərtəbədən və 3 korpusdan ibarət olacaq. Birinci mərtəbədə rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəbdənkənar müəssisələr, texniki yaradıcılıq və uşaq yaradıcılıq mərkəzləri, ikinci mərtəbəsində  isə təhsil şöbəsinin iş otaqları yerləşəcək.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: