NUHÇIXAN xəbər verir ki, Ordubad şəhərinin mərkəzində gənc ailələr üçün 8 mərtəbəli yaşayış binası tikilir.
28 mənzildən ibarət binanın zirzəmisində xidmət sahələri də yaradılacaq. Bərbərxana, qadın gözəllik salonu, dərzi, ərzaq və sənaye malları mağazaları istifadəyə veriləcək. Hazırda binanın həyətində abadlıq işləri görülür.
Qeyd edək ki, Ordubad rayonunda kompleks quruculuq tədbirlərinin aparılması davamlı xarakter alıb. Bu ilin ötən dövrü ərzində rayonun ən böyük yaşayış məntəqələrindən biri olan Vənənd kəndində yeni tam orta məktəb, musiqi məktəbi, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası inşa olunub, yeni yollar çəkilib. Rayonun Darkəndindəki su dəyirmanı yenidən qurularaq sakinlərin istifadəsinə verilib. Hazırda isə kənddaxili yollar təmir olunur, kommunikasiya xətləri yenilənir. Ordubad-Culfa magistral yolu da yenidən tikilir.
Mədinə Rəhimli