Babək rayonunda yeni bazar inşa olunur

A- A A+

Muxtar respublikanın iri yaşayış məntəqələrindən olan Babək rayonunda aparılan tikinti-quruculuq işlərinin  əhatə dairəsi ilbəil genişlənir. Yurdumuza bahar fəslinin qədəm qoyduğu bu günlərdə rayonun Nəcəfəli Dizə kəndində və Babək qəsəbəsində yeni obyektlər inşa olunur.

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsi tərəfindən Babək qəsəbəsində müasir layihə əsasında bazar inşa olunur. Mart ayının ortalarından etibarən yeni obyektin təməli qazılır. Burada ərzaq və telefon mağazaları, qadın və kişi dərzisi, bərbəri, baytarlıq apteki,təsərrüfat malları üçün mağaza, sahibkarlar üçün yeməkxana otağı yaradılacaq. Bundan başqa, kənd təsərrüfatı məhsullarının yarmarkasını təşkil etmək üçün həyətdə açıq bazar da inşa olunacaq. Bütün bunlar imkan verəcək ki, Babək qəsəbəsi və ətraf kəndlərin sakinləri uzaq məsafə qət etmədən bazarla bağlı olan qayğılarını həll edə bilsinlər.

Bundan başqa, rayonun kiçik yaşayış məntəqəsi olan Nəcəfəli Dizə kəndində də quruculuq işləri başlayıb. Qahab kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin tərkibində olan bu yurd yerində yeni məktəb binası, kənd və xidmət mərkəzləri inşa olunacaq.

                                                                                                               Faiq Allaverdiyev

                                                                                                              “Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: