Şahbuz rayonunda 10 hektara yaxın sahədə yeni meyvə bağı salınacaq - FOTOLAR

A- A A+

Şahbuz rayonunun Daylaqlı kəndi ərazisində yeni meyvə bağı salınıb. 2 hektar  sahəni əhatə edən bu ərazi əvvələr əkinə yararsız  maili sahə olub. Az bir vaxtda bura texnikaların vasitəsi ilə hamarlanıb, əkinə yararlı hala gətirilib. Tinglər üçün çalalar qazılıb, üzvü gübrədən istifadə olunaraq əkinlər aparılıb. Əraziyə rayonun iqliminə  uyğun 1800  ərik, badam, gilas, alma, gavalı tingləri əkilib.       

NUHÇIXAN xəbər verir ki, yaz aylarında rayon ərazisində 9.5 hektar yeni bağların salınması nəzərdə tutulub.

Yaşıllaşdırma tədbirləri həftə ərzində davam edib. Badamlı qəsəbə yolunun kənarlarına 2400 meşə ağacı, 40 ardıc tingi əkilib. Badamlı Mineral Sular Zavodunun   həyətində 1 hektar sahədə meyvə bağı salınıb.

                                          Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: