Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktuallığını nəzərə alaraq Bakı Media Mərkəzi, sosial məsuliyyəti çərçivəsində xüsusi videoçarxlar hazırlayıb.
Media Mərkəzdən NUHÇIXAN-a bildirilib ki, vətəndaşların maarifləndirilməsi və məlumatlandırılması məqsədi daşıyan bu sosial videoçarxlarda koronavirusla mübarizə üsulları, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsi təşviq olunur.