“Təmiz əllər” kampaniyası davam edir

168

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı tərəfindən start verilən təmiz əllər kampaniyası davam edir. BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzaidən estafeti qəbul edən İqtisadiyyat naziri Mikayil Cabbarov kampaniyada iştirak edib. Sonra Mikayıl Cabbarov estafeti UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Kavardinə ötürüb.

Bu barədə NUHÇIXAN-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin marketinq və ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Məlumata görə, kampaniyanın məqsədi əlləri mütəmadi olaraq düzgün qaydada sabunla yumaq və diqqəti koronavirusla mübarizəyə yönəltməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: