65 yaşdan yuxarı tibb işçiləri fəaliyyətlərini adi rejimdə davam etdirəcəklər

A- A A+

Ölkədə xüsusi karantin rejimi elan olunmasına baxmayaraq, 65 yaşdan yuxarı tibb işçiləri fəaliyyətlərini adi rejimdə davam etdirəcəklər.

NUHÇIXAN xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah martın 23-də koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə ölkədə xüsusi rejimin tətbiq edilməsi haqda qərar qəbul edib. Qərara əsasən Azərbaycanda 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Qərarda, həmçinin bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsinin təmin edilməsi qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: