Muxtar respublikada dünya əhəmiyyətli tədqiqat işləri aparılacaq

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları bu il də muxtar respublikada dünya əhəmiyyətli tədqiqat işləri aparacaqlar.

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev NUHÇIXAN-a  müsahibəsində  bildirib ki, təkcə Azərbaycanda deyil, ümumiyyətlə Cənubi Qafqazda  neolit dövrünün erkən mərhələsi indiyə qədər təsbit edilməyib.  Buna görə də Arazboyu vadidə qədim yaşayış yerlərində kəşfiyyat xarakterli tədqiqatların aparılması və neolitləşmənin erkən mərhələsi ilə bağlı faktların aşkar edilməsi əsas məsələlərdən biridir. Alim  bildirib ki, tədqiqatlar Naxçıvanda formalaşan qədim mədəniyyətlər, yaşayış yerləri ilə bağlı məlumatların daha da dərinləşməsinə imkan verəcək. 

Qeyd edək ki, ötən il Naxçıvantəpədə aparılan tədqiqatlar zamanı kiçik bir sahədə neolit təbəqəsi aşkar olunub. Bu sahədə tədqiqatların genişləndirilməsi Naxçıvanın  neolit və enolit mədəniyyəti ilə bağlı yeni məlumatların əldə edilməsinə, qədim diyarın ərazisində formalaşan mədəniyyətlərin digər ölkələrə necə təsir etdiyinin öyrənilməsinə imkan yaradacaq.

                                                                       Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: