TƏBİB: Martın sonunadək Azərbaycanda maska istehsal edən müəssisə fəaliyyətə başlayacaq

A- A A+

Martın sonunadək Azərbaycanda maska istehsal edən müəssisə fəaliyyətə başlayacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə TƏBİB-in “Facebook” səhifəsində məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, müəssisənin gündəlik maksimal istehsal gücü 200 min maska olacaq.

“Son 1 ayda Azərbaycanda ən çox maska satılan gün 200-210 min ədəd olub. Odur ki, gündəlik 200 min maska istehsalı tələbatı ödəyəcək. Paralel olaraq idxal və depolarda ehtiyatlar da var”, - deyə məlumatda vurğulanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: