“Cahan Holding” şirkətlər qrupu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat köçürdü - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 mart 2020-ci il tarixli Fərmanına əsasən yaradılan “Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun xəzinə hesabına “Cahan Holding” şirkətlər qrupu tərəfindən 150.000 manat ianə köçürülüb. Bu barədə NUHÇIXAN-a “Cahan Holding” şirkətlər qrupunun mətbuat xidmətindən məlumat verilib.