NUHÇIXAN xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Əshabi-Kəhf” ziyarətgahına gedən yolun ətrafında yeni fidanlar salınıb. 2 hektar ərazidə aparılan əkin işində 1400-ə yaxın ərik, badam və tut tingləri əkilib. Ekoloqlar bu il ərzində muxtar respublikada bu istiqamətdə bir sıra tədbirlər həyata keçiriblər.
Həyata keçirilən bu cür tədbirlər təkcə yaşıllıq sahələrinin artırılması deyil, bu işlər həmçinin sağlam ekoloji mühitin yaradılması, təbiətdə tarazlığın qorunması və insanların sağlamlığına xidmət edir. Bu eyni zamanda əkinə yararsız torpaqların sərfəli istifadəsi deməkdir.
Mahmud Hüseynov