Naxçıvan meşələri yanğından necə qorunur? - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Uzunoba Dövlət Meşəsinin ərazisində meşələrin və digər təbiət ərazilərinin yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkil etdiyi maarifləndirici tədbirdə meşə yanğınlarının digər yanğınlardan daha təhlükəli olduğu  vurğulanıb. Bildirilib ki, meşələrdə yanğınlar əsasən, qadağan olunmuş ərazilərdə tonqalların qalanması və insanlar tərəfindən təhlükəsizlik qaydalarına əməl olunmaması, həmçinin odla ehtiyatsız davranışdan baş verir. Bunun qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyi müvafiq tədbirlər görüb. Mütəmadi olaraq vətəndaşlar arasında maarifləndirici işlər aparılır. Son illər muxtar respublikada kəskin meşə yanğınları qeydə alınmayıb. Səbəb isə  məhz görülən bu işlərin məntiqi nəticəsidir. Meşələrin qorunmasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə  ekoloqlar da ciddi səylə çalışırlar. Bu baxımdan meşə təsərrüfatı işçilərinin də üzərinə mühüm iş düşür.

Tədbirdən sonra meşələrin yola yaxın hissələrində və kənarlarında  yanğına qarşı minerallaşma zolağı çəkilib. Həmçinin Naxçıvan-Şahbuz-Batabat yolunun kənarında meşə təsərrüfatı işçilərinin maarifləndirilməsi məqsədi ilə yanğınla mübarizə təlimi keçirilib.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: