NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 mart 2020-ci il tarixli Fərmanına əsasən yaradılan “Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun xəzinə hesabına “Naxçıvanbank” ASC öz vəsaitindən 50.000 manat, bankın əməkdaşları isə əmək haqlarından 8982 manat ianə köçürüblər.