“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin ödəniş terminallarında yeni xidmət yaradılıb - VİDEO
Naxçıvan Muxtar Respublikasında Koronovirusla Mübarizəyə Dəstək Fonduna fiziki şəxslər tərəfindən asan yolla vəsait ödənilməsi üçün “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin ödəniş terminallarında yeni xidmət yaradılıb. Artıq muxtar respublika sakinləri onlara yaxın olan istənilən terminaldan fonda ödəniş edə bilərlər.
Bəs, koronovirusla Mübarizəyə Dəstək Fonduna könüllü vəsait ödənişlərinin toplanılması üçün “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinə məxsus ödəniş terminallarından necə istifadə etmək olar?
Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN həmin videomaterialı təqdim edir:
Mədinə Rəhimli