NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 mart 2020-ci il tarixli Fərmanına əsasən yaradılan “Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun xəzinə hesabına Şahbuz rayon İcra Hakimiyyətinin və inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları tərəfindən 13 min manat ianə köçürülüb.