Toxum bankı ailə və fermer təsərrüfatlarına ödənişsiz toxum paylayır - FOTOLAR

287

“Araz” Elm İstehsalat Birliyində yaradılan toxum bankı tərəfindən 702 adda toxum nümunələri toplanıb. NUHÇIXAN xəbər verir ki, toxum bankının əsas işlərindən biri toplanaraq artırılan yerli toxum materiallarının ailə təsərrüfatları və fermer təsərrüfatlarına ödənişsiz olaraq paylanmasıdır.

Bəzi unudulmaqda olan kənd təsərrüfatı bitkiləri nümunələri toplanıb çoxaldılaraq toxum bankında saxlanılır. Bu baxımdan “Araz” Elm İstehsalat Birliyində yaradılan toxum bankı sınaqdan çıxarılan və yerli şəraitə uyğunlaşan məhsuldar toxum sortlarının, eləcə də bərpa olunan toxumların qorunması və çoxaldılması sahəsində mühüm rola malikdir. Son illərdə muxtar respublikada “Bərəkət” toxumçuluq Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Araz” Elm İstehsalat Birliyinin sahələrində yerli toxum sortlarından istifadə edilərək yüksək məsuldarlarlıq əldə olunur.

Qeyd edək ki, toxum bankı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı  əsasında  2018-ci ildə  yaradılıb.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: