Naxçıvan şəhərində abadlıq işləri davam etdirilir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin Xətai məhəlləsində abadlıq işləri aparılır.

Aparılan abadlıq və quruculuq tədbirləri burada yaşayan insanlar tərəfindən böyük minnətdarlıqla qarşılanır. Hazırda həmin məhəllənin 26, 27 və 28-ci döngələrində və digər ərazilərində səkilər salınır, rabitə və elektrik xətləri yer altına keçirilir. İndiyədək burada 1500 metr bardur çəkilib, 1600 kvadratmetrə yaxın kilid daş döşənib.

Qeyd edək ki, son illər Xətai məhəlləsinin siması başdan-başa dəyişib. Burada müasir yaşayış evləri tikilib, yollar abadlaşıb və digər quruculuq tədbirləri həyata keçirilib. 

Əbülfəz Dünyamalıyev

       

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: