Muxtar respublikada dezinfeksiya işləri davam etdirilir - FOTOLAR

301

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində yerləşən təsərrüfat malları mağazalarında, oyun zallarında, diş kabinəsində və əhalinin daha çox istifadə etdiyi yerlərdə viruslara və yoluxucu xəstəliklərə qarşı  dezinfeksiya işləri aparılır.

Muxtar respublikada sakinlərin ən çox istifadə etdiyi məkanlardan biri də mağazalardır. Naxçıvan şəhərində sahibkarların təşəbbüsü ilə ticarət obyektlərində və mağazalarda dezinfeksiya işləri aparılır, qabaqlayıcı tədbirlər görülür.                                      

Həmçinin  oyun zallarında dərmanlama işləri həyata keçirilir, xüsusi məhlulla dezinfeksiya olunur.

Naxçıvan şəhərindəki diş kabinəsində də dezinfeksiya işləri aparılıb. Kabinə otaqları və girəcəklər xloramin və xlorlu əhənglə dezinfeksiya olunub.

Qeyd edək ki, bu tədbirlərin həyata keçirilməsində məqsəd əhalinin sağlamlığını qorumaq və yoluxucu xəstəliklərin qarşısını əvvəlcədən almaqdır. Muxtar respublikada sanitar-epidemioloji tədbirlər davam etdiriləcək.

                                                                              Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: