Culfada yeni sort olan asılqan göbələyinin yetişdirilməsinə başlanılıb. - FOTOLAR
Göbələk orqanizm üçün olduqca faydalı bir bitkidir. Onun tərkibi vitamin, mineral maddələrlə zəngindir. Hazırda muxtar respublikamızda bu sahə ilə məşğul olan müəssisələr var.
NUHÇIXAN xəbər verir ki, Culfa rayonunda fəaliyyət göstərən və sahibkar Cəfər Əhmədova məxsus olan “Təbiət” göbələk istehsalı müəssisəsi yeməli göbələk növlərindən olan şampinyon və yeni sort olan asılqan göbələyi yetişdirilir. Müasir tələblərə uyğun olaraq qurulan müəssisədə göbələyin yetişdirilməsi, toplanması və qablaşdırılması üçün hərtərəfli şərait yaradılıb. Bu göbələklərin üstünlüyü ondadır ki, onların istehsalı zamanı heç bir kimyəvi preparatdan istifadə olunmur. 400 qramlıq taralarda qablaşdırılan məhsullar, əsasən, daxili bazarda satılır. Gələcəkdə isə müəssisənin genişləndirilməsi və becərilən məhsulun ixracı da nəzərdə tutulub.
Səftər Sadiqov