“Şərq qapısı” qəzetinin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1000 manatdan artıq vəsait köçürüb
NUHÇIXAN xəbər verir ki, martın 26-da “Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun xəzinə hesabına “Şərq qapısı” qəzeti redaksiyası tərəfindən 1000 manatdan artıq ianə köçürülüb.
Qeyd edək ki, bu fond Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 24 mart tarixli Fərmanına əsasən yaradılıb. Ali Məclis Sədrinin 2020-ci il 24 mart tarixli Sərəncamı ilə Naxçıvanın İnkişafı və Müdafiə Fondundan Koronovirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat vəsait ayrılıb. Təkcə dünən fonda muxtar respublikanın dövlət və özəlmüəssisələrin kollektivləri, ayrı-ayrı sakinləri, tərəfindən 1 milyon manata yaxın vəsait köçürülüb. Muxtar respublikada Koronovirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi fəal şəkildə davam edir.