Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahının kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 55 min 707 manat vəsait köçürüb
NUHÇIXAN xəbər verir ki, martın 26-da “Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun xəzinə hesabına Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahının kollektivi tərəfindən 55 707 manat ianə köçürülüb.
Qeyd edək ki, bu fond Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 24 mart tarixli Fərmanı ilə yaradılıb. Hazırda fondun hesabında ümumilikdə 1 milyon 658 min 520 manat vəsait vardır.