Martın 26-da yerli vaxtla saat 22:41-də İran ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, zəlzələ Naxçıvan şəhərinin episentrə yaxın yaşayış məntəqələrində 3,3 bal gücündə zəif hiss olunub.