Şərurda kommunal müəssisələr kombinatının təmizlik maşınları dezinfeksiya olunub - FOTOLAR
Muxtar respublikanın hər yerində olduğu kimi Şərur rayonunda da ərazilər təmiz saxlanılır. Rayon ərazisində keçirilən dezinfeksiya tədbirləri təmizlik xidməti sahələrini də əhatə edir. NUHÇIXAN xəbər verir ki, bu dəfə Şərur şəhərindəki tullantı qutuları və onların ətrafı dezinfeksiya olunub, ərazilər sanitariya qaydalarına uyğun olaraq təmizlənib, maşınlar dezinfeksiya edilib.
Qeyd edək ki, dezinfeksiya tədbirləri rayonun kəndlərində də davam etdirilir.
Xanım Rüstəmzadə