Sinoptiklər Azərbaycanın əksər rayonlarında hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a verilən məlumata görə, bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra, martın 29-da Azərbaycanın cənub rayonlarında, martın 30-da isə əksər rayonlarda hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimalı var.
Qeyri sabit hava şəraiti martın 31-dək davam edəcək.