Şərur rayonunda yeni innovativ dərnəklər yaradılır - YENİLƏNİB - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə və Texniki Peşə və Sürücülük Məktəbinin 3-cü mərtəbəsində Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq və Turizm-Diyarşünaslıq Mərkəzləri üçün innovativ dərnəklər yaradılır.
Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə Robotexnika və Mental-Aritmetik, Texniki Peşə və Sürücülük Məktəbinin 3-cü mərtəbəsində fəaliyyət göstərəcək Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Rəqs, Rəsm, Xalçaçılıq, Bujiteriya, Ebru sənəti, Toxuculuq, İngilis dili, Texniki Yaradıcılıq Mərkəzində Robotexnika, Mental-Aritmetik, Ağac üzərində oyma, Ağac üzərində yandırma, Bədii tikmə, Qum sənəti, Metal üzərində bədii döymə, Turizm-Diyarşünaslıq Mərkəzində isə Dulusçuluq-Heykəltaraşlıq dərnəklərinin yaradılması istiqamətində işlər yekunlaşmaq üzrədir.
Qeyd edək ki, dərnəklər şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələrinə və zehni biliklərinin artırılmasına şərait yaradır.
Mahmud Hüseynov