Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 24 mart tarixli Fərmanına əsasən yaradılmış Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam etdirilir. Martın 29-da Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi və onun tabeliyində olan müəssisə və təşkilartların kollektivləri tərəfindən Fonda ümumilikdə, 24 879 (iyirmi dörd min səkkiz yüz yetmiş doqquz) manat vəsait köçürülüb.