Nursu kəndində yeni üzüm bağı salınıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunun Nursu kəndində 1,5 hektar sahədə yeni üzüm bağı salınıb.
Əkin aparılmazdan əvvəl seçilən yamac sahədə aqrotexniki tədbirlər görülüb. Ərazi təmizlənərək yararlı hala salınıb. Əkin zamanı yerli üzüm sortlarından olan ağ və qara kişmişi, xəlili, qara şanı və digər sortlardan istifadə olunub. Əkində üzvi gübrələrdən də istifadə olunaraq əraziyə 2 minə yaxın üzüm tənəyi basdırılıb.
Yeni salınan üzüm bağını kənd sakinləri qədim üzümçülük ənənələrinin bərpası kimi dəyərləndirir. Burada əkilən üzüm sortlarından sakinlər həm bəkməz, müxtəlif içkilər, mövüz, kişmiş hazırlayıb, həm də bir zamanlar Şahbuz rayonunda fəaliyyət göstərən üzüm emalı zavoduna min tonlarla üzüm təhvil veriblər.
Qeyd edək ki, son dövrlərdə Şahbuz rayonunun ərazisində 10 hektara yaxın sahədə yeni üzüm bağı salınıb.
Novruz Məmmədov