Ordubadda meyvəçiliyin inkişafı diqqətdə saxlanılır - FOTOLAR
Yaz mövsümündə muxtar respublika ərazisində, xüsusilə kənd təsərrüfatı əkinləri üçün yararsız olan ərazilərdə yaşıllaşdırma tədbirləri aparılır. NUHÇIXAN xəbər verir ki, bu işlərin davamı olaraq Ordubad rayonunda yeni meyvə bağı salınıb. Rayonun Şəhriyar qəsəbəsində və Əylis düzündə 500-ə yaxın yeni meyvə tingi əkilib.
Son illərdə Ordubadda aparılan yaşıllaşdıma tədbirləri sayəsində yaşıllıq sahələrinin ümumi həcmi xeyli artırılıb. Bu sahələrin də əksəriyyəti məhsul verən meyvə bağlarıdır.
Emin Novruzov