Naxçıvan şəhərində ictimai yaşayış binaları yenilənir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, inşaatçılar Heydər Əliyev propektindəki 36 nömrəli binada əsaslı təmir işləri aparır. 4 mərtəbəli yaşayış binasının özülü möhkəmləndirilir, kommunikasiya xətləri dəyişdirilir.

Babək məhəlləsindəki 15 nömrəli binada da inşaatçılar səylə çalışırlar. 5 mərtəbəli yaşayış binasında pəncərələr dəyişdirilir, binanın fasadı yenidən tikilir, kommunikasiya xətləri yenilənir.

Əsaslı təmir olunan binaların həyətləri abadlaşdırılacaq, yaşıllaşdırma tədbirləri görüləcək və müasir işıqlandırma sistemləri qurulacaq.      

Qeyd edək ki, də ötən il 2 yaşayış binasının tikintisi, 11 yaşayış binasının yenidən qurulması başa çatdırılıb. 5 yaşayış binasının tikintisi, 3 yaşayış binasının yenidən qurulması davam etdirilib.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: