Düşmənlə üz-üzə dayanan Sədərək rayonun sakinləri bu qədim oğuz-türk yurdunu daha da gözəlləşdirmək üçün yaşıllıq zolaqları salır, sahələrə gül kolları, tinglər əkirlər.
NUHÇIXAN xəbər verir ki, Sədərək rayon sakinləri yeni bağ üçün ayrılan boş sahəyə 200 çinar, 50 küknar tingi, 110 dekorativ bəzək bitkisi və gül kolu əkiblər. Uzun müddət istifadəsiz qalan bu ərazidə salınan tinglərin hesabına bura yaşıllıq zolağına çevriləcək. Aparılan bu cür işlər təkcə rayonun ərazisində ekoloji vəziyyətə, təbiətin qorunmasına deyil, həmçinin sakinlərin istirahəti üçün də yeni guşələrin yaranmasına xidmət edir.