Şahbuz rayonunda torpaqların elektron uçotunun aparılması başa çatdırılıb

A- A A+

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Şahbuz rayonunda torpaq sahələrinin plana alınması başa çatdırılıb.

Xidmətin mətubat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, planaalma işləri nəticəsində rayonun bütün yaşayış məntəqələrində torpaq sahələrinin konturları yüksək dəqiqlikli geodeziya avadanlıqları vasitəsi ilə dəqiqləşdirilib. Plana alınan 8 min 6 yüzdən artıq daşınmaz əmlak obyektinin elektron kadastr məlumatları Xidmətin informasiya bazasına daxil edilib, yaşayış məntəqələrinin yeni yerquruluşu xəritələri hazırlanıb. Mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinə dair göstəricilər baza məlumatları ilə müqayisə olunaraq uyğunsuzluqların aradan qaldırılmasına başlanılıb.

Qeyd edək ki, 2016-cı ildən başlanılan planaalma işləri Naxçıvan şəhərində, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonlarında da tam yekunlaşdırılıb. Hazırda Sədərək rayonunda planaalma işləri davam etdirilir. Naxçıvan şəhəri, Babək, Ordubad və Culfa rayonları üzrə dürüstləşdirilmiş məlumatlar yeni xəritələrin üzərinə köçürülərək Torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: