Şahbuzda zabit və gizirlər üçün yaşayış binası inşa olunur - FOTOLAR

A- A A+

Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər içərisində hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur.

NUHÇIXAN xəbər verir ki, Şahbuz şəhərindəki hərbi şəhərcikdə zabit və gizir ailələrinin rahat yaşayışının təmin edilməsi üçün yeni yaşayış binasının inşasına start verilib.

Hazırda binanın təməlində tikinti işləri davam etdirilir. 44 mənzilli yaşayış binası 5 mərtəbədən ibarət olacaq. İki, üç və dörd otaqlı mənzillərdə bütün kommunal-məişət şəraiti yaradılacaq, fərdi istilik sistemi qurulacaq,  mebel dəstləri və digər ev əşyaları ilə təmin olunacaq.

Binanın zirzəmisində isə  müxtəlif təyinatlı mağazalar, anbarlar tədbirlər zalı və digər xidmət sahələri yaradılacaq.

Qeyd  edək ki, hərbi şəhərcikdə əvvəlcədə 5 mərtəbədən ibarət yaşayış binası inşa olunaraq zabit və gizir ailələrinin istifadəsinə verilib.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: