NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun xəzinə hesabına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 100 000 manat ianə köçürüb.
Qeyd edək ki, bu fond Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 24 mart tarixli Fərmanı ilə yaradılıb. Hazırda fondun hesabında ümumilikdə 3 milyon 148 min 284 manat vəsait vardır.