Ağbulaq kəndində yaşıllıq sahələrinin su təminatı yaxşılaşdırılır - FOTOLAR

249

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunun Ağbulaq kəndində yol kənarlarındakı yaşıllıq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır.

Turizm bölgəsi olan Ağbulaq kəndində ötən ilin payızında dağ yamaclarında 15 hektar sahədə  toxumla bərpa işləri aparılıb. Ağbulaq kənd yolunun hər iki tərəfinə 1500 cəviz tingi əkilib, suvarma xətlərinin çəkilişinə başlanılıb.

Kənddəki əkin sahələrinin suvarılmasını təmin etmək üçün Gömür kəndindəki çaydan su arxı da çəkilib. Yaşıllıq sahələrinin suvarılmasında bu arxın suyundan  istifadə olunacaq.

Qeyd edək  ki, Ağbulaqda geniş Turizm İstirahət Mərkəzi yaradılıb. Kənddə yaradılan yeni Xizək Mərkəzində tikinti işləri davam etdirilir.Yol kənarlarında 9 kilometrə yaxın ərazidə yaşıllıq zolaqlarına yeni suvarma sistemlərinin quraşdırılması da kənddə turizmin inkişafı sahəsində aparılan tədbirlərin davamıdır. 

                                                                   Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: