Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 596 min 464 manat vəsait köçürüb

A- A A+

NUHÇIXAN xəbər verir ki, martın 31-də “Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun xəzinə hesabına Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları  tərəfindən 596 464 manat ianə köçürülüb.

Qeyd edək ki, bu fond Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 24 mart tarixli Fərmanı ilə yaradılıb. Hazırda fondun hesabında ümumilikdə 3 milyon 994 min 918 manat vəsait vardır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: