Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, ötən ay komitə tərəfindən müxtəlif nominasiyalar üzrə səmərəli fəaliyyətlərinə görə fərqlənən 50 qadına diplom, eləcə də tədbir iştirakçılarına hədiyyələr verilib. 53 istedadlı qadının 1210 rəsm və əl işi, 49 müəllifin 87 kitabı və ailə təsərrüfatı ilə məşğul olan 18 qadının 580 adda ailə təsərrüfatı məhsulundan ibarət sərgi-satışı təşkil olunub.
Həmçinin ötən ay elektron məlumat bankına 857 uşaq haqqında fərdi məlumatlar daxil edilib. Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı 1 uşaq müalicə-reabilitasiya müəssisəsinə göndərilib.