Operativ Qərargah: İnsanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb

A- A A+

Martın 31-dən Azərbaycanda koronavirus epidemiyası ilə bağlı daha çox məhdudiyyətlər tətbiq olunur. İnsanların küçəyə çıxmasına məhdudiyyətlər qoyulub. Xüsusi əhəmiyyətli orqanlar istisna olmaqla, insanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb.

NUHÇIXAN xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Tətbiq olunan tədbirlərin əhəmiyyəti barədə məlumat verən İbrahim Məmmədov deyib ki, məqsəd insanların sağlamlığını qorumaq, eyni zamanda ərzaq təhlükəsizliyini təmin etməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: