Muxtar Respublikada operativ vergi nəzarəti tədbirləri görülür

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə monitorinq və yoxlamalar aparılıb.

Xidmətin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə,  4 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb. Keçirilən  tədbirlər zamanı 3 şəxsin “Fərqlənmə nişanı” almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və 1 şəxsin isə vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 1 vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb. Ötən ay ərzində müvafiq icra hakimiyyəti orqanları ilə birgə 8 işəgötürəndə aparılmış araşdırmalar zamanı 9 yeni əmək müqaviləsinin bağlanmasına nail olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: