XX əsrin əvvəllərində Azərbaycan ərazisinin qərbində bu torpaqların əsl sahibləri olan azərbaycanlılardan mərhələli şəkildə etnik təmizlənməsi hesabına, heç bir tarixi kökə malik olmayan, hər zaman xarici qüvvələrin maşasına çevrilən qurama Ermənistan yaradıldı. Qədim kökə, zəngin mədəniyyət və tarixə malik olan Azərbaycanımız və bizim tarix və mədəniyyətimizə hər zaman şərik olmaq istəyən mənfur və oğru ermənilər haqda mövzuya daha çox yer vermək və daha geniş auditoriyaya çatdırmaq hər bir Azərbaycan vətəndaşının Şərəf borcu olmalıdır. Çünki, bu “virusdan” ən çox əziyyət çəkən və torpaqlarının 20 faizdən çoxu işğal altında olan Azərbaycan xalqıdır.
Bu günə qədər nə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ), nə Avropa Şurası Parlament Assambleyasının (AŞPA), nədə ki ATƏT-in Minsk qrupunun qanun və qətnamələrinə məhəl qoymayan (təbii ki havadarlarının dəstəyi ilə) ermənilərin, şanlı Əlahiddə Ümumqoşun Ordu tərəfindən azad etdiyi Naxçıvanımızın Günnüt kəndi ilə bağlı hadisələri humanist addım adlandırmaqları beynəlxalq ictimaiyyət tərəfindən gülüşlə qarşılanmışdır. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin həyasızcasına yaydığı dezinformasiyaya görə guya ki, biz-Azərbaycan tərəfi Günnüt qəbiristanlığını ziyarət etmək üçün Ermənistan tərəfindən icazə istəmişik. Sanki 25 il gözlədikdən sonra birdən-birə Günnüt qəbiristanlığını ziyarət etmək yadımıza düşüb. Adam az qalır desin ki, bağışlayın, gələn dəfə İrəvanı ziyarətə gələndə sizə muştuluq göndərəcəyik. Halbuki, Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı və Mehridağ azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində, ümumi olaraq, 11.000 hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib. Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km yeni yol çəkilmiş, 50 km-dən artıq yararsız yollar isə bərpa edilmişdir. Strateji əhəmiyyətli Arpaçay dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub. Bəli hər bir yolun başlanğıcı ilk addım olduğu kimi, Qarabağa da gedən yol Günnütdən başlayır. Azərbaycan torpaqlarını zəbt edən “müvəqqəti qonaqlar” anlamalıdırlar ki, bugünkü Azərbaycan güclü, peşəkar və yüksək döyüş hazırlığına malik Silahlı Qüvvələrinin 100 illiyini qeyd etmək ərəfəsində olan, dünyada ən nüfuzlu idman yarışlarına, ən nüfuzlu mədəni, siyasi və iqtisadi tədbirlərə ev sahibliyi edən, coğrafiyasında nüfuz sahibi olan güclü bir dövlətdir.
Məğlubiyyətlərini həzm edə bilməyən və məxməri inqilabdan yenicə yoğrulmuş hökumət yenə də dezinformasiya yayaraq köhnə şüvənliklərindən əl çəkmirlər. Amma şər-böhtan, yalan və saxtakarlıqla uzağa gedə bilməzlər. Azərbaycan haqq yolundadır, gec və ya tez işğal olunmuş torpaqları qaytaracaqdır. Azərbaycan bu gücə və qüdrətə sahibdir. Bunun ilk qığılcımlarını Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun uğurlu əməliyyatı sayəsində strateji əhəmiyyət kəsb edən Günnüt kəndinin işğaldan azad edilməsində görə bilərik.
Fürsətdən istifadə edərək Naxçıvan MR-nın Ali Məclisinin Sədri cənab Vasif Talıbov başda olmaqla, Əlahiddə Ümumqoşun Ordu-nun general və zabit heyətinə, çəkiliş və informasiyanı geniş kütlələrə çatdırmaq şücaətlərinə görə Naxçıvan Dövlət Televiziyası-nın və Nuhçıxan İnformasiya Agentliyinin əməkdaşlarına, bizlərə bu sevinci yaşadan və əməyi keçən bütün insanlara dərin minnətdarlığımı, sizinlə fəxr və qürur duyduğumu bildirir və hər bir Azərbaycanlı kimi Ali Baş Komandanın torpaqlarımızın azad olunması üçün verdiyi əmri və şərəfli uniformanı geyinməyimizi səbrsizliklə gözləyirik.
Allah Şəhidlərimizə rəhmət eləsin!
Qələbə qaranquşumuz Günnütün qədəmləri uğurlu olsun!
Əlövsət Hüseynquliyev
AŞPA-nın üzvü statusuna malik olan
Beynəlxalq Antiterror Birliyi (BAB) prezidentinin muşaviri